“Qu gölü” teatr səhnəsində FOTO

“Qu gölü” teatr səhnəsində FOTO

Dekabrın 1-də Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləri – prima-balerina, Rusiyanın xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya ALLAŞ və Rusiyanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr VOLÇKOV ifa edəcəklər.

Dünyanın bir çox ölkələrində böyük uğurla keçən qastrol səfərlərində iştirak edən M.Allaş və A.Volçkov 2010-cu ildə İngiltərədə keçirilən klassik balet sənəti festivalında "Qu gölü" baletinin tamaşasında Odetta-Odilliya və şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün təsis edilən xüsusi mükafata layiq görülüblər.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə