Məşhur rejissor qocalmaq istəmir

Amerikalı məşhur rejissor Kventin Tarantino hamını təəccübləndirəcəyi açıqlama ilə çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rejissor 10-cu filmini çəkdikdən sonra çox sevdiyi peşəsini ata biləcəyini deyib. Bu haqda Tarantino "Playboy" jurnalına verdiyi son müsahibəsində danışıb.

O, "qoca rejissor" olmaq istəmədiyini deyib və daha 3 film çəkdikdən sonra rejissorluq fəaliyyətini dayandıra biləcəyini bildirib. Tarantinonun fikrinə görə, rejissorlar yaşlandıqda yaradıcılıqları yaxşı istiqamətə doğru getmir, onların kariyeralarının ən pis filmləri adətən son filmləri olur.

Qeyd edək ki, məşhur rejissorun son filmi "Django Unchained" gələn ay kinoteatrlarda nümayiş etdirilməyə başlanacaq. Filmdə baş rolda məşhur aktyor Ceymi Foks oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə