Aşıq Mirzə Bilalın 140 illik yubileyi keçirilib

Aşıq Mirzə Bilalın 140 illik yubileyi keçirilib

Bu gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Mirzə Bilalın 140 illik yubileyi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə elm və mədəniyyət xadimləri, Aşıq Mirzə Bilalın oğlu, nəvələri və aşıq sənətini sevənlər iştirak edib.

Xalq şairi Zəlimxan Yaqub Aşıq Mirzənin aşıq olmaqla bərabər bir şəxsiyyət olduğunu deyib: "Onun gözəl səsi, gözəl sənətkarlığı olub. Aşığın görkəmli şəxsiyyətlərlə o cümlədən Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ilə dostluğu onu bir Azərbaycan şəxsiyyəti kimi yetişdirib. Ancaq o bir erməni müstəntiqinin imzası ilə güllələnərək öldürülüb. Buna baxmayaraq onun sənətkarlığı, hörməti, ziyalılar ilə dostluğu onu bir ziyalı kimi yaşadır.Allah ona rəhmət eləsin".

Professor Babaxan Niyazlı , Aşıq Mirzə Bilalla olan xatirələrindən danışıb: "Mən onu ilk dəfə görəndə 10 yaşım var idi. O vaxt biz aşıqlardan elm, savad öyrənirdik. Aşıqları bölgələrə bölmək olmaz. Aşıq Mirzə Bilal bütün Azərbaycanın aşığı olub".

Tədbirdə bir-sıra mədəniyyət xadimlərinə söz verildi. Onlar Aşıq Bilalla bağlı ürək sözlərini, xatirələrini bölüşüdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə