Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək. SİA-nın məlumatına görə, 6 Qremmi mükafatı laureatı Toni Brekston Bakıda ikigünlük konsert proqramı ilə çıxış edəcək. Unudulmaz şou dekabrın 17-18-də Heydər Əliyev Sarayında təşkil olunacaq.
Toni Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək. Toni Brekston tamaşaçılara 90 dəqiqəlik unudulmaz şou vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB