Bu gün Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanan "Kuraj və uşaqları" tamaşasının premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur əsərinə Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı Rafiq Əliyev quruluş verib.
Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı əməkdar incəsənət xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.
Səhnə əsərində əsas obraz olan - Kuraj rolunu xalq artisti Bəsti Cəfərova ifa edir. Digər rollarda əməkdar artistlər- Pərviz Bağırov (Feldfebel), Abbas Qəhrəmanov (Aşbaz), Kazım Həsənquliyev (Komandan, Qoca polkovnik), Elşən Rüstəmov (Alay keşişi), Sevinc Əliyeva (Kəndli qadın, kənd sakini), aktyorlar İlahə Həsənova (Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev (İsveçrəli), Elnar Qarayev (Gizir, Mirzə) Rəşad Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı (İvetta Rotye) və başqaları çıxış edirlər.
Tamaşanın xronometrajı 150 dəqiqədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB