"Kurtlar Vadisi Pusu" yenə zirvədə

10 ildən bəri davam edən "Kurtlar Vadisi" serialı Türkiyənin ATV telekanalında sanki yeni nəfəs alıb. Noyabrın 8-də növbəti seriyası nümayiş olunan "Kurtlar Vadisi Pusu" yenə rekord vurub.

Reytinq göstəricisi 12,85, baxış kütləsinin miqyası isə 35,13 əmsal olan "Kurtlar Vadisi Pusu" noyabrın 8-də Türkiyədə ən çox baxılan şou və proqram arasında 1-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə