Bu gün tanınmış ictimai-siyasi xadim, yazıçı Səyyad Aran "Sandıqda qalan muştuluq" adlı kitabına təqdimat və imza günü keçirib. SİA-nın verdiyi məlumata görə, Park Bulvarda "Əli və Nino" kitab evində baş tutan təqdimatda daha çox gənclər iştirak edib. Tədbirə həmçinin yazıçının dostları da qatılıb. Yenicə çapdan çıxan kitabında da toplanmış hekayələr mövzu rəngarəngliyi, dilinin canlılığı, təsvirlərinin lakonikliyi ilə maraq doğurur.
Qeyd edək ki, Səyyad Aranın bədii yaradıcılıqda debütü 1978-ci ildə "Ulduz" jurnalının 11№-sində olub. Sonralar əsərləri "Azərbaycan", "Literaturnıq Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc edilib. İlk kitabı "Körpü" 1983-cü ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.
"Soyuq günəş" ("Təbriz" nəşriyyatı, 1996) "Aklanma kağıdı" ("Təmizlik kağızı", İstanbul, "Milenyum" nəşriyyatı, 2010) kitabları müəllifin bədii istedadını geniş oxucu kütlələrinə tanıtdırıb. Filologiya elmləri doktoru, professor Akif Hüseynov YB-nin illik konfransında (1985) "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB