Bu gün Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqi Məktəbinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə tədbirdə tədbirdə Mədəniyyət və Turizm Nazirliyindən olan nümayəndələr, məktəbin tələbə, məzun və müəllimləri, musiqişünas və musiqi sevərlər iştirak ediblər.
Əvvəlcə Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini "Şuşa Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzidir" mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarını təbrik edərək, Şuşa musiqi məktəbinin dahi Bülbülün təşəbbüsu ilə yaradılan ilk musiqi məktəblərindən biri olduğunu söyləyib.
Məktəbin məzunu, mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Baş metodisti Səid Hacıyev musiqi məktəbində oxuduğu illərin xatirələrindən danışıb.
Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov "Şuşa musiqi beşiyidir" kitabının nəşrinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə öz dərin minnətdarlığını bildirib.
Daha sonra qabaqcıl müəllimlərə təşəkkürnamələr və pul mükafatları təqdim olunub.
Tədbir məktəbin məzunlarından ibarət xalq çalğı alətləri orkestrı və bədii rəhbər, dirijor Gülağa Zeynalovun müşaiyəti ilə keçirilən konsert proqramı ilə davam edib.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB