Heydər Əliyev Sarayı uşaqlar üçün növbəti dəfə yeni il şənliyi təşkil edəcək. Saraydan SİA-ya verilən məlumata görə, uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.
Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnədə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar qar qız, şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.
Məlumat üçün bildirək ki, hazırda yeni il şənliyinin məşqləri gedir.
Qeyd edək ki, 2,3,4,5 yanvar tarixlərində təşkil olunacaq Yeni il şənliyi saat 13: 00 da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB