Eldar Qasımov azadlığını Ukraynada yaşayacaq

Eldar Qasımov azadlığını Ukraynada yaşayacaq

Azərbaycana "Eurovision" qalibiyyəti qazandıran, gənc və istedadlı, ardı-arası kəsilməyən uğurlarına baxmayaraq dayanmadan öz üzərində işləyən Eldar Qasımov Ukraynaya səfər edib. SİA-nın məlumatına görə, sənətçinin səfərinin məqsədi artıq kifayət qədər reytinq qazanan və tamaşaçı auditoriyası toplayan "I’m free" sinqlının promoşunu tədqim etməkdir.

Hazırda Kiyevdə olan Eldar Qasımov səfər çərçivəsində müxtəlif televiziyaların çox baxımlı verilişlərində qonaq olacaq, sözügedən mahnını ifa edəcək, eyni zamanda Ukraynadakı pərəstişkarları ilə görüşəcək.

E.Qasımov açıqlamasında deyib ki, o, Ukraynada bir sıra təkliflər də alıb və bu təklifləri dəyərləndirəcək: "Ukrayna mənim çox sevdiyim məkanlarından biridir. O səbəbdən də təklifləri dəyərləndirəcəm və gələcək üçün konsert proqnozlaşdırılır. Vətənə qayıtdıqdan sonra səfər təəssüratlarımla bağlı daha ətraflı məlumatlar verəcəm. Hələ ki, sizləri Ukraynadan salamlayıram".

"Hər iş səfəri mənim üçün çox böyük məna kəsb edir. Artıq Kiyevdəyəm, bu gün efirlərdə qonaq oldum. Ölkə sərhədindən kənarda sevildiyimi görmək məni məmnun edir. Amma bu sevgiylə, uğurlarla kifayətlənmək fikrində deyiləm və daima irəli deyirəm", -deyə o əlavə edib.

Onu da bildirək ki, bu səfərdən sonra E.Qasımovun dünyanın daha bir neçə ölkəsinə eyni məqsədli səfərləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə