Azərbaycanlı solistlər beynəlxalq festivalda

Azərbaycanlı solistlər beynəlxalq festivalda

Noyabrın 15-dən 18-nə kimi Qırğızıstanda Beynəlxalq Opera və Balet sənəti festivalı keçiriləcək. Festival Qırğızıstan Opera və Balet Teatrının yaranmasının 70 illiyinə həsr olunub. Bu tədbirdə Rusiya, Qazaxıstan və Azərbaycandan olan qabaqcıl teatrların solistləri iştirak edəcək. SİA-nın məlumatına görə, Akademik Opera və Balet Teatrının rəhbərliyi festivalda iştirak etmək üçün Teatrın balet truppasının aparıcı solistləri- əməkdar artist Gülağası Mirzəyev və truppanın gənc, istedadlı solisti Nigar İbrahimovanın namizədliyini irəli sürüb.

Noyabrın 18-də Bişkekdə keçiriləcək Qala-konsertdə azərbaycanlı balet ustaları A.Adanın "Jizel" və N.Rimski-Korsakiovun "Şəhrizad" baletlərindən parçalar ifa edəcəklər.

Qeyd edək ki, festivalın əsas təşkilatçıları və sponsorlarından biri TÜRKSOY Beynəlxalq təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə