İctimai TV-də “Carçıfilm” günləri

İctimai TV-də “Carçıfilm” günləri

İctimai Televiziya və Radio Yayımları şirkətinin "Carçıfilm" Yaradıcılıq Birliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə 6 noyabr- Teleradio işçilərinin peşə bayramı ərəfəsində Nizami Kino Mərkəzində "Carçıfilm" günləri keçirir. İctimai Televiziya və Radio Yayımları Şirkətindən SİA-ya veilən məlumata görə, noyabrın 1-dən 5-dək davam edəcək "Carçıfilm" günlərində yaradıcılıq birliyinin istehsal etdiyi bədii və sənədli filmlər nümayiş olunacaq.

Noyabrın 1-də, saat 11:00-da Nizami Kino Mərkəzində layihənin açılış mərasimi olacaq. Tədbirdə İctimai Teleradio şirkətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kinostudiyanın, digər kino, teatr, təhsil, mədəniyyət strukturlarının, ictimai təşkilatların nümayəndələri, tanınmış rejissorlar, aktyorlar, operatorlar iştirak edəcəklər. Açılış mərasiminə gələnlər "Carçıfilm"in fəaliyyətinə həsr olunan filmə baxacaqlar. Elə həmin gün şair-yazıçı Ramiz Rövşənlə quruluşçu rejissor Cavid Təvəkkülün "Carçıfilm"də istehsal edilən "Səhərə inan" filmi nümayiş etdiriləcək.

Noyabrın 2-dən 5-dək Nizami kino mərkəzində gün ərzində 3 seans olmaq şərtilə "Carçıfilm"in filmləri nümayiş etdiriləcək. Kino həvəskarları Filmlərin nümayişinin proqramını www.itv.az internet səhifəsindən əldə edə bilərlər. Filmlərə giriş bütün tamaşaçılar üçün pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə