Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkovallonun "Payatsı" operasının tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, dünya opera sənətinin incilərindən sayılan bu tamaşada əsas obraz üçün Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların P.Çaykovski adına müsabiqəsinin qalibi Yekaterina Straşenko dəvət olunub.
Məlumat üçün bildirək ki, Y.Straşenko hazırda Avropada ən çox tələb olunan və populyar olan vokalçılardan biridir. Almaniya, Danimarka, Hollandiya, İngiltərə, İspaniya, Fransa, İtaliya və Yaponiyada çox uğurla baş tutan qastrol səfərlərində olub. Tokioda keçirilən Beynəlxalq opera festivalında Y.Straşenko Nedda partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülüb.
"Payatsı" operasının tamaşasında ukraynalı qastrolçu ilə yanaşı səhnəmizin ən istedadlı opera sənətçiləri Azərbaycanın xalq artistləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Silvio), həmçinin gənc vokalçı Anton Ferştandt (Tonio) da çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB