Tarixi abidələrimiz UNSECO-nun siyahısında

Tarixi abidələrimiz UNSECO-nun siyahısında

"Prezident İlham Əliyev və Heydər Əliyev fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin təbliğ edilməsi və qonunub-saxlanılması üçün mühüm işlər görülür". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Bundan başqa nazir müavini mədəniyyətin Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutduğunu bildirib. Vaqif Əliyev qeyd edib ki, müstəqillik əldə etdikdən sonra mədəniyyət sahəsində uğurlar əldə edilib: "Bizim bir çox mədəniyyət ocaqlarımız, tarixi abidələrimiz UNSECO-nun qorunan siyahısına daxil edilib. Azərbaycanın musiqisi, muğamı, ədəbiyyatı, kinosu dünyada tanınır. Bütün bunlar asan başa gəlməyib. Sözsüz ki, bu 20 ildə addım-addım görülən işlərin nəticəsidir. Müəyyən təkşilatlarla işləmək, musiqimizi nümayiş etdirmək, kadrlar yetişdirmək, yeni-yeni metodlar axtarmaq asan iş deyil".

Vaqif Əliyev həmçinin əlavə edib ki, Azərbayacan mədəniyyəti ümumi inkişafın tərkib hissəsidir və bu istiqamətdə işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə