Məşhur qrup niyə dağılıb

"Bitlz"ın dağılmasının əsl səbəbi ilk dəfə açıqlandı

Məşhur "Bitlz" qrupunun dağılma səbəbləri yenidən gündəmə gəlib. Qrupun 70 yaşlı üzvü Pol Makkartni bildirib ki, "Bitlz"ın dağılmasında Yoko Ononun heç bir günahı yoxdur. "Sizə dəqiq deyirəm ki, Ononun bu işdə heç bir günahı yoxdur. Con Lennon istənilən halda qrupdan gedəcəkdi".

Pol Makkartninin bu ifadələri qrupun Yoko Onoya (Con Lennonun həyat yoldaşı) görə dağılması ilə bağlı mövcud olan nəzəriyyəyə böyük zərbə olacaq. Qeyd edək ki, bu müsahibə noyabr ayında ingilis dilli "Əl-Cəzirə"də yayımlanacaq.

Keçmiş "Bitlz"çının sözlərinə görə, əgər Lennonun həyat yoldaşının (Yoko Ono) konseptualizm təsiri olmasa idi, Lennon "Imagine" mahnısını yaza bilməzdi: "Yokonun hər şeydən öncə dünya görüşü, avanqardlığı onu özünə çəkmişdi. Yoko Lennona onun öz dünyasını göstərmişdi. Ona görə Lennonun artıq getmək vaxtı gəlib çatmışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə