Beynəlxalq müsabiqə başladı

Bu gün dahi sənətkar Bülbülün 115 illiyinə həsr edilən vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsi başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin, Bülbül Fondunun birgə təşkilatçılığı ilə müsabiqənin açılış mərasimi olub. Müsabiqənin püşkatma mərasimindən sonra sənət yarışmasının I mərhələsi başlayıb.

Müsabiqədə dünyanın 14 ölkəsindən ümumilikdə 65 vokalçı iştirak edir. Avstriya, Türkiyə, Almaniya, İspaniya və Rusiyanın tanınmış musiqi xadimlərinin fəxri qonaq qismində qatıldıqları müsabiqə noyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, müsabiqənin nəticəsini beynəlxalq münsiflər heyəti təyin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə