“Junior Eurovision 2012”-də 3-cü çıxış...

“Junior Eurovision 2012”-də 3-cü çıxış...

"Junior Eurovision 2012" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərovanın çıxış edəcəyi nömrə müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, azərbaycanlı təmsilçilər dekabrın 1-də Amsterdamda keçiriləcək yarışmada 3-cü nömrə altında səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçiləri musiqisi Cesika Appla, sözləri Zəhra Bədəlbəyliyə məxsus olan "Boys and Girls" mahnısı ilə çıxış edəcəklər.

"Junior Eurovision-2012"də ölkə təmsilçilərin çıxışı bu sıralanma ilə olacaq: Belarus, İsveç, Azərbaycan, Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukrayna, Gürcüstan, Moldova və Niderland.

Qeyd edək ki, azyaşlı istedadların mübarizə aparacağı "Junior Eurovision" artıq 10-cu dəfədir keçirilir. Bu il müsabiqədə Azərbaycan da daxil olmaqla, 12 ölkə istedadlısı mübarizəyə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə