Gənc istedadımız Eminlə birgə çıxış etdi FOTO

Gənc istedadımız Eminlə birgə çıxış etdi FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbinin şagirdi Nurlan Əhmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Belaya trost" III Beynəlxalq Xeyriyyə Festivalında iştirak edib. İdarədən SİA-ya verilən məlumata görə, "Po zovu serdsa" Diana Qurtskayanın zəif və ya tamamilə görməyən uşaqlara Yardım Fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxumasıdır.

Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu artıq reallaşıb. Belə ki, o, dünya şöhrətli həmyerlimiz Emin Ağalarovla birgə səhnəyə çıxaraq, duet ifa edib. Gənc ifaçının istedad və bacarığı Festival təşkilatçılarını və konsert sarayına toplaşan qonaqları heyran edib. Çıxış bitdikdən sonra rus estradasının nümayəndəsi və Xeyriyyə Fondunun rəhbəri Diana Qurtskaya və mərhum korifey sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya səhnə arxasına keçərək öz minnətdarlıqlarını Nurlana bildiriblər.

Məlumat üçün bildirək ki, həmyerlimiz Nurlan Əhmədov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Belaya trost" III Beynəlxalq Xeyriyyə Festivalının xüsusi Diplomuna layiq görülüb.

Qeyd edək ki, bir çox dünya estrada ulduzlarının qatıldığı bu festıval xeyriyyəçilik məqsədi daşıyırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə