Bu gün xalq artisti Şövkət Ələkbərovanın ad günüdür. Görkəmli sənətkar Şövkət Ələkbərova 20 oktyabr 1922-ci ildə Bakıda anadan olub. A.Zeynallı adına musiqi məktəbində H.Sarabskinin sinfində təhsil alıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Azərbaycanı Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və daha neçə-neçə xarici ölkələrdə təmsil edib. Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB