Seks-simvolu vəfat edib

Ötən əsrin seks-simvolu olan aktrisa Silviya Kristel 61 yaşında vəfat edib. Rusiya mətbuatında bildirilir ki, o yuxuda oyanmayıb.

Bu barədə aktrisanın maraqlarını qoruyan "Features Creative Management" agentliyinin nümayəndəsi məlumat verib. S.Kristel xərçəng xəstəliyindən vəfat edib. İyul ayında isə keçirdiyi insult səbəbindən hospitala yerləşdirilib. Vəziyyəti olduqca pis olduğundan onun müalicəsi dayandırılıb.

Qeyd edək ki, aktrisa 50-dən artıq filmdə çəkilib. Ancaq onun baş rol aldığı və 1974-cü ildə ekranlara çıxmış "Emmanuel" filmi ona daha böyük uğur gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə