Filarmoniya bağında keçirilən "Müstəqilliyimiz Əbədidir" adlı kitab yarmarkası davam edir. SİA-nın məlumatına görə yarmarkada Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, yazıçı və şairlər, bır sıra ədəbiyyat nümayəndələri iştirak edir.
Belə yarmarkaların keçirilməsi insanlarda kitaba olan maraq və münasibətin dəyişdiyini deyən Əlikram Əliyev bu cür yarmarkaların tez-tez keçiriləcəyini vurğulayıb: "Artıq bir neçə saatdır ki, yarmarka davam edir. Elə insanlar var ki, kitab oxumağı çox sevirlər ancaq almağa pulları olmur. Belə yarmarkalar həm o insanlar, həm də bütün kitabsevərlər üçün nəzərdə tutulub. Çalışırıq ki, yeni nəşrlər olduqca yarmarkaların sayını çoxaldaq. Bu yarmarkada ədəbi əsərlərlə yanaşı dəsliklər və uşaq ədəbiyyatı da üstünlük təşkil edir. Həmçinin yarmarkada nəşriyyatlar tərəfindən endirim və hədiyyə kompaniyası aparılır".
Xatırladaq ki, kitab yarmarkası günün sonuna qədər davam edəcək.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB