"Junior- 2012" səhnəsi

Niderlandda keçiriləcək "Junior Eurovision 2012" mahnı müsabiqəsinin səhnəsində aparılan hazırlıq işləri davam edir. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, səhnə dizaynı müsabiqənin şüarına- "Break The Ice!" (Buzu sındır!) uyğun olaraq hazırlanır. Səhnədə həmçinin nağıllar aləmində olduğu kimi buz parçaları yer alacaq.

Bununla yanaşı, səhnə iki hissədən ibarət olacaq. Bir hissə gənc ifaçıların səhnədə baş verənləri izləyə biləcəkləri Buz otaq, digəri isə mahnı ifa edəcəkləri məkan olacaq.

Arenada həmçinin Led ekranlar quraşdırılacaq ki, hər ifaçının mahnısında nümayiş etdirəcəyi performansa görə arxa fon dəyişə biləcək.

Qeyd edək ki, 10-cu ilini qeyd edən müsabiqə "Break The Ice!" (Buzu sındır!) şüarı altında baş tutacaq. Müsabiqəni Evout Qenemans və Kim-Lian Van Der Mey aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə