Gənc istedadımız Eminlə bir səhnədə

Gənc istedadımız Eminlə bir səhnədə

Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Belaya trost" III Beynəlxalq Xeyriyyə Festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbinin şagirdi Nurlan Əhmədov bu festivalda çıxış edəcək.

Bu barədə SİA-ya İdarədən məlumat verilib. "Po zovu serdsa" Diana Qurtskayanın zəif və ya təmamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxumasıdır.

Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu artıq reallaşmaq üzrədir. Belə ki, o, dünya şöhrətli həmyerlimiz Emin Ağalarovla birgə səhnəyə çıxaraq duet ifa edəcək.

Qeyd edək ki, bir çox dünya estrada ulduzlarının qatıldığı bu festıval xeyriyyəçilik məqsədi daşıyır. Gənc istedad Nurlan Əhmədova uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə