Bakıda ilk dəfə Heydər Əliyev Sarayında qeyri-adi şou nümayiş olunacaq. "Ələddin - Yeni sərgüzəştlər" adlı şouda Moskva teatrının iştirakı ilə unikal 3D şousunda maraqlı anlar yaşanacaq. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "sehrli" eynəklərin köməyi ilə musiqili, super-effektli, rəngarəng kostyumlu, fantastik çevrilmələrlə dolu qeyri-adi əhvalatın içinə düşəcək və tamaşanın bilavasitə iştirakçısına çevriləcəklər. Bununla yanaşı, Ələddinlə birgə od və su aləminə, səma və yeraltı şəhərlərə düşüb, ona divlə döyüş zamanı yardım edəcəklər.
Qeyri-adi effekt və 3D görüntü tamaşaçılara özlərini zalın istənilən yerindən sehrli şərq nağılının "içində" hiss etməyə imkan yaradacaq. Gözəllər və bədheybətlər, mifik məxluqlar, sadiq Cin "Ələddin - Yeni sərgüzəştlər" adlı tamaşada nümayiş olunacaq.
Qeyd edək ki, 3D eynəklərin hədiyyə olunduğu şouya biletlərin qiyməti isə 5 manatdır. 16 noyabrda təşkil olunacaq tamaşaya biletlər şəhərin bütün kassalarında satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB