Azərbaycan muğamını uzaq ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov bu səhər musiqiçi heyətlə Hollandiyaya yola düşüb. Sənətçi Amsterdamda və Utrixdə konsert proqramı ilə çıxış edəcək. Bu layihə "RASA Muziek dans" layihəsi çərçivəsində keçirilir. Musiqiçilərimizin çıxışı oktyabrın 17 və 18-nə planlaşdırılıb.
Q.Əsgərov SİA-ya bildirib ki, layihəyə start verilib və burada bir çox ölkə musiqiçiləri çıxış edir. Azərbaycanlı təmsilçilər "Bayatı Şiraz" dəsgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda tədbir təşkilatçıları instrumental ifaya yer ayırıb. Bu hissədə Azərbaycanın tarı, kamançası, balabanı səslənəcək. Bundan başqa xanəndənin ifasında muğam və təsniflərə yer veriləcək.
Qoçaq Əsgərovu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Coşqun müşayiət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB