Türkiyə teatrının böyük ustası və əfsanəvi aktyor Erol Günaydın 79 yaşında dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun ölüm xəbərini qızı Günfer Günaydın "twitter" sosial səhifəsindən "Atamı itirdik" deyərək bildirib.
Məlumat üçün bildirək ki, E. Günaydın müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, aktyorun səhhəti qəflətən, yayda dincəlmək üçün getdiyi Bodrumda pisləşmişdi. Günaydın yenidən özünü pis hiss etdiyinə görə helikopterlə 22 sentyabrda İstanbula gətirilmişdi. Sənətçi ağciyərində yaranan problem səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bununla yanaşı, aktyor hələ xəstəxanada olarkən kliniki ölüm vəziyyətində idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB