Dramaturq Əli Əmirlinin "Köhnə ev" dramatik komediyası Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Bu barədə SİA-ya Ə. Əmirli məlumat verib. 90-cı illərin əvvəllərindən start götürən bazar iqtisadiyyatının yetişdirdiyi yeni insan münasibətlərindən bəhs edən əsərə səhnə quruluşunu teatrın rejissoru, əməkdar artist Namis Şirməmmədov verib. Tamaşanın rəssamı Sevinc Həsənovadır.
Sumqayıt teatrsevərlərinə təqdim olunan tamaşada baş rollarda əməkdar artist Növrəstə Həşimova, Xatirə Süleymanova, Mövsüm Hüseynov, Mətləb Kəsərli və başqaları çıxış ediblər. "Köhnə ev" 1996-cı ildə Akademik Milli Dram Teatrında, sonralar ölkənin bir çox teatrlarında, habelə Gürcüstanın paytaxtı Tiflis şəhərində də tamaşaya qoyulub.
Qeyd edək ki, "Köhnə ev" Sumqayıt teatrının Əli Əmirli dramaturgiyasına üçüncü müraciətidir. "Köhnə ev"dən qabaq Sumqayıt teatrı dramaturqun bu ilin sentyabrında Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən "Tuqanlıq" teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülən məşhur "Varlı qadın" komediyasını və "İyirmi ildən sonra" melodramını Sumqayıt tamaşaçılarına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB