Eminin növbəti uğuru

Azərbaycanlı müğənni Emin Ağalarov ABŞ Top 20 Billboard çarta daxil olub. SİA-nın müğənninin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Eminin ABŞ-dakı debüt sinqli olan "Baby Get Gigher" məşhur Billboard Hot Singles Chart-da 19 nömrə altında yer alıb.

ABŞ-da bir həftəlik uğurlu media promoşn keçirdikdən sonra Emin uğur qazanıb. Gələn ay Emin öz "After the Thunder" adlı albomu təqdim etmək üçün yenidən ABŞ-a səfər edəcək.

O da qeyd olunub ki, Emin Ağalarov bu günlərdə ən sevdiyi müğənnilərdən biri olan Adriano Çelentanonun konsertində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə