Oktyabrın 16-da "Park Bulvar" AVM-də yerləşən "Park Cinema" kinoteatrının iki yaşı tamam olur. Bu münasibətlə kinomanları bir çox sürprizlər gözləyir.
"Park Cinema" nın direktoru Namiq Quliyevin SİA-ya verdiyi məlumata görə, oktyabrin 16-sı bütün gün ərzində kinosevərlər pulsuz yeni filmə baxmaq imkanı əldə edəcəklər: Belə ki, "Oktyabrın 16-da ad günü olan insanlar şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz bir bilet əldə edə bilərlər. Biz bileti onlara hədiyyə edirik, pulsuz bilet vasitəsilə "Park Cinema"da olan yeni filmlərdən birinə baxmaq şansı qazanacaqlar".
Bütün ad günlərində olduğu kimi, bu dəfə də ad günü tortsuz olmayacaq. Saat 19.00-da "Park Cinema" nın kollektivi tort kəsərək, ziyarətçiləri qonaq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB