Şakira artıq Bakıdadır

Hamilə ulduz "Crystal Hall" konsert zalında çıxış edəcək

Dünya şöhrətli müğənni Şakira Bakıya gəlib. Bu haqda day.az-a kolumbiyalı ulduzun Bakıda keçiriləcək konsertin təşkilatçıları məlumat veriblər.

Xatırladaq ki, Şakira oktyabrın 14-ü Bakıda "Crystal Hall" konsert zalında çıxış edəcək.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə