"Qızıl portağal"da Azərbaycan filmi FOTO

"Qızıl portağal"da Azərbaycan filmi FOTO

Türkiyənin Antalya şəhərində bu il 49-cusu keçirilən Beynəlxalq Qızıl portağal film festivalının açılışı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, açılış mərasimində Türkiyə və xarici ölkələrdən olan qonaqlar, eləcə də tanınmış sənətçilər iştirak ediblər.

Məlumat üçün bildirək ki, festivalın ikinci günündə qonaqlar Atatürkün abidəsini ziyarət ediblər. Bununla yanaşı, "Qızıl portağal"ın yaradıcısı Avni Tolunayın qəbri də yad edilib.

Qeyd edək ki, Qızıl portağal" film festivalına təqdim olunan filmlər arasında rejissor Vahid Mustafayevin "Xoca" filmi də var. Artıq filmin nümyişi ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Xocalı həqiqətlərindən bəhs edən filmin ilk nümayişi dünən olub. Bununla yanaşı, film oktyabrın 10-da yenidən göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə