Əfsanəvi "Beatles" qrupunun üzvü Con Lennon tərəfindən çəkilən 100-ə yaxın şəkil, karikatura və digər rəsm əsərləri Nyu-York "Open House Qalereyası"-da nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, sərgi bu gündən etibarən oktyabrın 9-a kimi davam edəcək.
"The Artwork of John Lennon Exhibition" sərgisi əfsanəvi müğənninin 72-ci doğum gününə həsr edilib və məqsəd ictimaiyyəti Lennonun daha az tanınan tərəfləriylə tanış etməkdir.
Qeyd edək ki, qalereyada nümayiş etdiriləcək əsərlər 1964-1980-ci illər arasında çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB