Xalq artisti Alim Qasımov növbəti qastrol səfərinə yola düşür. Muğam ifaçısının mətbuat katibi Səadət Möhübovanın SİA-ya verdiyi məlumata görə, xanəndə qızı Fərqanə Qasımova ilə Tunisdə konsert proqramı ilə çıxış edəcək.
Konsert proqramı ilə çıxış etmək təklifi A.Qasımovun Fransada olan meneceri tərəfindən gəlib. Konsert oktyabrın 5-də baş tutacaq. 90 dəqiqəlik proqramda Alim Qasımovla qızı Fərqanəni tarda Zəki Vəliyev, kamançada Rauf İsmayılov müşayiət edəcək.
Bununla yanaşı, A.Qasımovun Kanadada da konserti olacaq. Bu konsertdə onu əslən iranlı olan rəqqas Alirza müşayiət edəcək. Hazırda Bakıda olan məşhur rəqqas Alim Qasımovla birgə çıxışının məşqlərini edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB