“İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” baş tutdu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki ali təhsil ocaqlarından biri olan Azərbaycan Siyasi İctimai Universiteti ilə birgə "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci" adlı layihə həyata keçirib. SİA-nın məlumatına görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov açıqlamasında bildirib ki, ikinci ildir həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə olunmasıdır: "Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanan abituriyentləri teatrın zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək olacaq".
Tədbirdə teatrın rəhbərliyi, kollektivi, Azərbaycan İctimai-Siyasi Universitetinin professor, müəllim və tələbə kollektivi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nümayəndələri və "Bura Vətəndir" məclisinin üzvləri çıxış ediblər.
Daha sonra universitetin professor və müəllim heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim edilib. Tədbir iştirakçılarına həmçinin G.Fiqeyredonun "Ezop" tamaşası nümayiş etdirilib. Onu da qeyd edək ki, tələbələr ilk dəfə teatra gəlişlərini məhz bu gün ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB