Azərbaycanın gülüş ustası, Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı bu saatlarda əməliyyat olunur. Bunu SİA-ya açıqlamasında aktrisanın oğlu Səmral Təhməzov deyib.
"Anam səhər saat 7-dən əməliyyat otağına aparılıb. Həkimlər əməliyyatın saat 16.00-a qədər davam edəcəyini deyib. Hələlik hər şey qaydasındadır, heç bir problem yaranmayıb. İnşallah hər şey qaydasında olar və anam tezliklə əvvəlki səhhətinə qayıdar",- deyə S. Təhməzov əlavə edib.
Məlumat üçün bildirək ki, hazırda xalq artistinin ailə üzvləri də xəstəxanadadır.
Qeyd edək ki, 57 yaşlı aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub. Aktrisanın əməliyyatını ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB