Türkiyənin görkəmli sənətçilərindən ozan Neşet Ertaş İzmirdə müalicə aldığı xəstəxanada vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ertaş 15 gün əvvəl özəl xəstəxanaya yerləşdirilmişdi.
İki gün əvvəl isə səhhəti qəfil pisləşən "Türkü baba" ləqəbli ozan İzmirdə xəstəxanaya gətirilmişdi. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Neşet Ertaş bu səhər xəstəxanada vəfat edib.
Qeyd edək ki, 1938-ci ildə Kırşehirdə anadan olmuş Neşet Ertaş türk xalq musiqisinin ən böyük bilicilərindən sayılır. 1000-ə yaxın türkünü nota yazan və bəstələyən Neşet Ertaşın 22 albomu işıq üzü görüb. Dövlət sənətçisi fəxri adı alan ozana digər bir fəxri ad UNESCO tərəfindən verilib. UNESCO ozan Neşet Ertaşa "Yaşayan insan xəzinəsi" adı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB