Azərbaycanın xalq artisti Siyavuş Aslanın müsahibəsini oxucularımıza təqdim edirik:
-Siyavuş müəllim, səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?
-Səhhətim normaldır.
-Sizi ziyarət etməyə yaxınlarınız və ya sənət dostlarınız gəlir?
-Bəli, cavanlıq dostlarım, tanışlarım, yaşa dolmuş insanlar məni ziyarət edirlər.
-Siyavuş Aslana xəstə vaxtında stimul verən nədir?
-Həyatda məni sevən, istəyən kim varsa, ruh verir. Onlar sizlərsiniz.
Siyavuş müəllim, sizin cavanlığınız maraqlı keçib. Bizə biraz o illərinizdən danışardınız....
- Onu deyə bilərəm ki, illər öncə xalqın istəkli aktyoru olmuşam.
- Bildiyiniz kimi, həmkarınız Yaşar Nuri də sizin kimi xəstədir. Onunla əlaqə saxlayırsınız?
-Bəli, arada danışırıq.
- Azərbaycan tamaşaçılarından razısınız?
-Bəli çox razıyam. Çünki məni unutmurlar və yad edirlər.
- Bəs, gənc nəslin aktyorlarından necə, razısınız?
-Bəli, əksəriyyətindən razıyam.
-Sizdən fərqli olaraq bəzi həmkarlarınız unudulub. Sizcə də elə deyil?
-Xeyir, inanmıram ki, onlar unudulsunlar. Çünki onlar Azərbaycan tamaşaçılarına lazımlı aktyorlar olublar.
-Siyavuş müəllim, övladlarınızla münasibətiniz necədir?
-Övladlarımdan razıyam. Mənə yaxşı baxırlar.
-Bildiyimizə görə, sizin həyatda ən çox sevdiyiniz insan həyat yoldaşınız olub. Ancaq o, indi həyatda yoxdur. O, hazırda dünyada olsaydı nə edərdiniz ?
-Onu heç özümdə bilmirəm. (kövrəlir)
-Həyatınızdakı birinci xanımdan sonra kimisə onun qədər sevmisiniz?
-Mən heç kimi onu sevdiyim qədər sevməmişəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB