Afaq Bəşirqızının vəziyyəti necədir?

Afaq Bəşirqızının vəziyyəti necədir?

Afaq Bəşirqızı səhhətində yaranan problemlərə görə xəstəxanaya aparılıb. Məsələ ilə bağlı hazırda xəstəxanada aktrisanın yanında olan həyat yoldaşı Əhməd Təhməzovla əlaqə saxladıq.

"Afaq hazırda həkimlər tərəfindən müayinə olunur. Hər şey qaydasındadır". SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzov deyib.

Onun sözlərinə görə, aktrisa sentyabrın 23-də "Yeddi məhbusə anası" tamaşasında oynadıqdan sonra halı pisləşib: "Tamaşanın birinci hissəsi uğurlu olub, özünü yaxşı hiss edib. İkinci hissədə isə halı qəflətən pisləşib və dərman içib səhnəyə qayıdıb. Tamaşa yekunlaşdıqdan sonra xəstəxanaya gətirilib. Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərinin nəzarətindədir".

Ə. Təhməzov onu da vurğulayıb ki, xalq artistinə ürək-damar çatışmazlığı diaqnozu qoyulub.

Hazırda aktrisanın səhhəti normallaşıb və müalicə davam etdirilir. Aktrisanın bir neçə gün xəstəxanada qalacağı gözlənilir: "Teatrda heç bir narazılıq olmayıb. Tamaşa yüksək səviyyədə keçib. Bu hal artıq bir neçə dəfə baş verib", - deyə Ə. Təhməzov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə