Rusiya Milli Komitəsinin Prezidenti Bakıda

Rusiya Milli Komitəsinin Prezidenti Bakıda

"Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin inkişafı üzrə əməkdaşlıq" beynəlxalq seminar

24-26 sentyabrda Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, "Azərbaycan Xalçaçıları" İctimai Birliyi və L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq" adlı beynəlxalq forum keçirir.

SİA-nın məlumatına görə, qeyd olunan forumda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna ICOM Milli Komitələrinin nümayəndələri, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti iştirak edəcək. Forumun keçirilməsində məqsəd muzey icmasının və dövlət qurumlarının imkanlarının birləşdirilməsi üzrə qeyri-maddi mədəni irsin mühafizəsində və inkişafında əsas məsələlərin aşkar edilməsindən ibarətdir.

Forum Bakı Biznes Mərkəzində saat 10-00 da öz işinə başlayacaq. Forum 25-26 sentyabrda Azərbaycan Milli İncəsənət Muzeyində öz işini davam etdirəcək.

Sentyabrın 26-da keçirilən forumda isə ICOM Rusiya Milli Komitəsinin Prezidenti Vladimir İlyiç Tolstoy çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə