Bolqarıstanda gənc musiqiçilərin "Ümid. İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, professorlar Viktor Çuçkov (Bolqarıstan), Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət beynəlxalq münsiflər heyətinin yekdil qərarı ilə kiçik və orta qruplarda Qran-pri nominasiyasında birinci mükafata Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad Abbasov layiq görülüblər.
23 ölkədən 150 nəfərin iştirak etdiyi müsabiqədə, iştirakçılarımız Qran-pri nominasiyasında mükafatlandırılan 15 nəfər arasında yer alaraq, yüksək mükafatlarla yanaşı, Almaniyada müasir dövrün görkəmli musiqiçilərinin ustad dərsində iştirak imkanı da qazanıblar. Bundan əvvəl Bolqarıstanda keçirilmiş müsabiqələrdə qələbə qazanan laureatlarımız da Almaniyaya səfərlə mükafatlandırılıblar. Onlardan məktəb-studiyanın şagirdi Vüsalə Babayeva bu yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif ölkələrdən olan digər laureatlarla birlikdə ustad dərsində müvəffəqiyyətlə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB