Ömrünün 60-cı baharını arxada qoydu

Əməkdar artist Xalidə Quliyeva ömrünün 60-cı baharını arxada qoydu

24 sentyabr Azərbaycan Respublikasının əməkdar artisti Quliyeva Xalidə Camal qızının 60 yaşı tamam olur. X.Quliyeva 1952-ci il anadan olub. 1974-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsini bitirib. 1973-1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir.

Validə ("Qızıl qaz"), Fatma ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), Tibb bacısı ("Şahid qızı"), Xalidə ("Xoşbəxtlik qayğıları"), Bənövşə ("Çətirimiz buludlardır"), Xalidə ("Göyün yeddinci qatı" İran istehsalı), "İtkin pay" (İran istehsalı), "Bənövşə ətri" (Türkmənfilm) və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.

Qeyd edək ki, Xalidə Quliyeva "Azərbaycan Ziyalılar Hərəkatı"nın sədri Eldəniz Quliyev ilə evlidir, iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə