İtaliyanın Milan şəhərində "VI Beynəlxalq Türk İncəsənəti, Mədəniyyəti və Mədəni İrsinin mühafizəsi Simpoziumu" keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Milan Politexnik İnstitutu və Konya Fikir, Sənət, Kültür Adamları Birliyinin birgə tərəfdaşlığı ilə baş tutub.
Əsasən Azərbaycan, Türkiyə və İtaliyadan olan millət vəkilləri və nüfuzlu alimlərin iştirak etdiyi tədbirdə Nazirliyin Mədəni İrs şöbəsinin Mədəni sərvətlər sektorunun müdiri Könül Cəfərova və "Azərbərpa" elmi-tədqiqat layihə institutunun direktoru Telman Kərimli təmsil ediblər. Türk dünyasının zəngin mədəniyyətinin tanıdılmasına və onun Avropaya inteqrasiyasına xidmət edən tədbirdə ölkəmizin incəsənətini, maddi və qeyri-maddi irsini əks etdirən təqdimatlar keçirilmiş, foto və rəsm əsərləri sərgilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB