Teatr kollektivi məhkumlarla üz-üzə! FOTO

Teatr kollektivi məhkumlarla üz-üzə! FOTO

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi tərəfindən məhkumlar üçün "Ağlamaq qadağandır" adlı tamaşa nümayiş etdirilib. Teatrdan SİA-ya verilən məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış 2012-ci il üçün tədbirlər planına əsasən, tərbiyyə müəssisəsində və 7 saylı cəzaçəkmə müəssisəsində gerçəkləşib.

Nümayiş etdirilən tamaşada xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova və Çingiz Əhmədov, aktyorlar Novruz Əliyev, Elvin Əliyev, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov və Nigar Qarayevanın, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə balet truppasının çıxışları məhkumlar tərəfindən alqışlarla qarşılanıb. Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi fəlsəfə doktoru Əliqismət Lalayev belə sosial layihələri gələcəkdə də davam etdirəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə