“Nizami Gəncəvinin memarlıq düşüncələri” təqdim olundu FOTO

“Nizami Gəncəvinin memarlıq düşüncələri” təqdim olundu FOTO

Bu gün M.F.Axundov adına Milli Kitabxanada Nizamı Gəncəvinin 870 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində əməkdar memar Nəriman Əliyevin "Nizami Gəncəvinin memarlıq düşüncələri" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən kitabxananın direktoru Kərim Tahirov keçirilən silsilə tədbirlərin Prezident İlham Əliyevin verdiyi sərəncam əsasında keçirildiyini xatırladıb: "Bu yaxında ölməz sənətkarımız olan Nizami Gəncəvinin sözlərinə yazılan mahnıları disk şəklində təqdim etdik. Bu günə qədər belə layihə olmadığına görə bunu yenilik adlandıra bilərik".

Tədbirin davamında çıxış edən mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bildirib ki, Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə keçirilən bu tədbirlər Xarici İşlər Nazirliyinin xətti ilə bir çox ölkələrdə də keçirilir: "Bu onu göstərir ki, Nizami nəinki Azərbaycanda həm də dünyanın bir çox ölkələrində tanınır. İtaliyada, Roma şəhərinin ən mühüm ərazisində Nizami Gəncəvinin heykəli ucaldılıb".

Tədbirdə təqdimatı keçirilən digər kitab isə filologiya elmləri doktoru Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" əsəri olub.

XANIM NAĞIYEVA

Bütün xəbərlər Facebook səhifəmizdə