J.LO Bakıdadır

Tanınmış dünya şöhtrətli ulduz Cennifer Lopez artıq Bakıdadır. Müğənninin Bakıda solo konsertini təşkil edən "Omnikomo Music Group"dan SİA-ya verilən məlumata görə, gecə saatlarında öz komandası ilə Bakıya gələn J.LO hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması da nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, o, Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.

Qeyd edək ki, müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə "Baku Crystal Hall"da çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə