Azərbaycan kinosunun əvəzolunmaz aktyoru, xalq artisti Muxtar Manıyev son vaxtlar unudulub. Aktyordan xəbər tutub müsahibə almağa çalışsaq da, istəyimiz baş tutmadı. SİA olaraq xalq artistinə telefon açdıq. Muxtar müəllim öncə özü cavab versə də, sonradan dəstəyi onun həyat yoldaşı Nəsibə xanım aldı. Aktyordan müsahibə almaq istəyimizi eşidib bunun mümkün olmadığını bildirdi: "Muxtar müəllimin vəziyyəti pisdir. O, şəkərli diabed xəstəsidir. Müsahibə verə bilməz".
Onu da bildirək ki, Muxtar Manıyev əməkdaşımızla görüşüb, müsahinə verməyə razı idi. Lakin həyat yoldaşı bunu qadağan etdi: "Olmaz, Muxtar müəllimi narahat edə bilmərik", - deyərək dəstəyi asdı.
Xatırladaq ki, Muxtar Maniyevin 77 yaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB