Jennifer Lopez’in konsertinə son biletləri hardan almaq olar?

Jennifer Lopez’in konsertinə son biletləri hardan almaq olar?

Bu gün Jennifer Lopez'in 23 sentyabr tarixində "Crystal Hall"-da keçiriləcək konsertinə bilet ala bilməyənlər üçün Bayraq Meydanının yaxınlığında, "Crystal Hall"'un önündə, satış nöqtəsi açılıb. Konsertlərin təşkilatçısı olan "Omnikomo Music Group" şirkətinin PR xidmətindən SİA-ya verilən məlumata görə, kassa 20-22 sentyabr tarixlərində səhər saat 10:00-dan axşam 20:00-a kimi fəaliyyət göstərəcək.

Məlumat üçün bildirək ki, "Crystal Hall" konsert zalında keçiriləcək Jennifer Lopez’in konsertinə biletlərin satışı iyun ayında başlayıb. Konsertlərin təşkilatçısı olan "Omnikomo Music Group" şirkətinin PR xidməti dəqiqləşdirib ki, internet vasitəsi ilə əldə edilən hər bilet artıq bilet sayılır və onu vauçer kimi hansısa biletə dəyişməyə ehtiyac yoxdur.

Elektron ünvana gələn məktubda bilet üzərində konsert zalına girişi təmin edəcək bar-kod göstərilib. Hər bilet bir konsert üçün etibarlıdır. Bu bileti (ağ-qara və ya rəngli) çap edib konsertə götürmək lazımdır.

Jennifer Lopez, Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək.

Qeyd edək ki, dünya şöhrətli ulduzun konserti yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə