Dünən Heydər Əliyev adına Sarayda SSRİ xalq artisti, rusiya estradasının ən görkəmli sənətçilərindən biri İosif Kobzonun 75 illik yubiley konserti keçirilib. SİA-nın məlumatına görə, "Ya lyublu tebya jizn" ("Həyat, səni sevirəm") adı altında keçirilən konsertdə səhnəyə çıxan xalq artistinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxuyub və ordeni təqdim edib. Nazir vurğulayıb ki, cənab İlham Əliyev xalq artistini Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə təltif edib.
İosif Kobzon da öz növbəsində Azərbaycana və ölkə başçısına dərin minnətdarlıq hissini ifadə edib. Sənətçi həmçinin Ulu Öndər Heydər Əliyevdən də söz açıb. İ.Kobzon vurğulayıb ki, Ümumilli lider hər zaman ona böyük qayğı və diqqətlə yanaşıb. Sənətkar Azərbaycan xalqını da Milli Musiqini Günü münasibəti ilə təbrik edib.
Ardınca müğənni repertuarında olan ən gözəl mahnılarını səsləndirib. Xalq artistinin bütün ifaları alqışlarla qarşılanıb.
Onu da bildirək ki, müğənninin yubileyi ilə əlaqədar 11 ölkədə yubiley konserti keçiriləcək və bununla da İosif Kobzon konsert karyerasına son qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB