Rusiyada yaşayan azərbaycanlı bəstəkar – müğənni Emin Ağalarovun ABŞ-a promo-turu başlayıb. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, turun məqsədi Eminin "Baby Get Higher" sinqlına dəstək verməkdir. 3 gün ərzində Emin Amerikanın aparıcı KİV nümayəndələri ilə görüşəcək, radio və televiziya verilişlərində iştirak edəcək.
Emin artıq səfər çərçivəsində "Sirius XM Radio", "Anderson Cooper TV Show" və "Hollywoodlife.com" resursları ilə görüş keçirib. Bu gün isə "Wall Street Journal", "Huffington Post & AOL", "Getty Photos", "US Weekly Magazine", "Entertainment Tonight", "Meeting at NBC", "Billboard Magazine", "Interview with Chuck Taylor" (Former Senior Music Editor of Billboard Magazine and Music Reviewer), "Bitter End Show with Ali Isabella" resurslarında görüşlər keçirilib. Sabah Eminin Fresh FM Radio 102.7, Good News Broadcasting, The Reporter və Russian Radio 87.7 resurslarında görüşləri planlaşdırılır.
Qeyd edək ki, Eminin "Walk Through Walls" adlı yeni, sayca dördüncü sinqlı hazırda Böyük Britaniya radiostansiyalarda geniş yayımlanır. Qalan 3 sinql isə qısa müddətdə "Top 40"a düşə biliblər. Rusiyada Eminin "Heart Keeps Beating" ("Сердце бьется") adlı mahnısı xeyli populyardır. İlk dəfə olaraq Emin mahnını həm ingilis, həm rus dillərində yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB