Sumqayıtda ilk klassik meydan yarandı

Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt şəhərində ilk klassik meydan yaranıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Eldar Əzizov Bayraq Meydanının açılışında deyib. Onun sözlərinə görə, İcra Hakimiyyətinin binası önündə yerləşən Bayraq Meydanı vahid kompozisiya, meydan kimi çıxış edir: "Bu layihə cənab prezidentin tapşırıq və tövsiyyəsi nəticəsində reallaşıb".

E.Əzizov həmçinin bildirib ki, sentyabrın 26-da Sumqayıtda "Şəhər Günü" keçiriləcək: "Bu da təbii ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ikinci dəfədir ki, artıq qeyd olunacaq. Bu artıq bir ənənə kimi Sumqayıt şəhərində qəbul olunub. Bütün sumqayıtlılar həmin əlamətdar günə böyük səbirsizliklə hazırlaşır və gözləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə